Parxomenko: İtaliyanı məğlub etmək istəyimiz dəhşətli dərəcədə idi
30.09.2009 - 10:23
Parxomenko: İtaliyanı məğlub etmək istəyimiz dəhşətli dərəcədə idi
“İtaliya yığması ilə oyundan əvvəl hər hansı şansımızın olmasına inamımız yox idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Yelena Parxomenko deyib.

Polşada keçirilən Avropa çempionatının final mərhələsinin ikinci qrup mərhələsində İtaliyaya uduzan yığmamızın aparıcı oyunçusu matçdan sonra fikirlərini açıqlayıb. Parxomenko qələbə arzularının böyüklüyündən narazı qalıb: “İlk setdə ardıcıl 7 xal itirdik. Lakin bunun ardından özümüzə gəlib vəziyyəti dəyişdik. Biz qalib gəlmək istəyirdik. Ən pisi isə o idi ki, bizim təcrübəli rəqibi udmaq istəyimiz dəhşətli dərəcədə böyük idi. Elə bu da məğlubiyyətimizə səbəb oldu”.

Qeyd edək ki, Azərbaycan voleybolçuları bu gün Türkiyə ilə qarşılaşacaq.
0