Milli komandamız Avropa çempionatında rüsvay oldu
02.10.2009 - 09:45
Milli komandamız Avropa çempionatında rüsvay oldu
Azərbaycanın qadın voleybolçulardan ibarət yığması Polşada keçirilən Avropa çempionatının final mərhələsindəki çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, Faiq Qarayaevin yetirmələri pley-off mərhələsinin F qrupundakı son oyununda Almaniya ilə görüşüb. Çox zəif təsir bağışlayan yığmamız rüsvayçı hesabla uduzub - 0:3 (17:25, 13:25, 12:25). Hesabdan göründüyü kimi, bizimkilərin iki setdə qazandıqları xalı, almanların bir setdə əldə ediblər. Bununla da, milli komandamız 5 ardıcıl məğlubiyyətin ardından öz qrupunda sonuncu yeri tutub. Bundestim isə bu qələbə sayəsində yarımfinala vəsiqə qazanıb. Çexiya üzərində 3:0 hesablı inamlı qələbə qazanan Türkiyə yığması isə qrup üçüncüsü olub. Çempionat ərzində cəmi 1 set uduzan İtaliya bu dəfə də rəqibinə şans verməyib.

yer

komanda

o

q

m

Setlər

Toplar

1

İtaliya

5

5

0

15-0

379-290

2

Almaniya

5

4

1

12-7

431-359

3

Türkiyə

5

3

2

11-8

419-408

4

Serbiya

5

2

3

9-9

379-397

5

Çexiya

5

1

4

3-14

333-409

6

Azərbaycan

5

0

5

3-15

347-425


E qrupundakı son turun oyunları isə Rusiya yığmasının tarixində ikinci dəfə qitə birinciliyini medalsız tərk etməsini rəsmiləşdirib. Şimal qonşularımız qrup üçüncülüyü ilə kifayətlənib. Hollandiya və Polşa isə ən güclü 4 komanda sırasına daxil olub.

yer

komanda

o

q

m

Setlər

Toplar

1

Hollandiya

5

5

0

15-2

407-312

2

Polşa

5

4

1

12-8

449-424

3

Rusiya

5

3

2

12-9

465-428

4

Bolqarıstan

5

2

3

7-12

390-422

5

İspaniya

5

1

4

7-14

419-478

6

Belçika

5

0

5

7-15

423-489


Sabah keçiriləcək yarımfinal görüşlərində İtaliya Almaniyanı, Hollandiya isə Polşanı sınağa çəkəcək. Artıq digər komandaların yekun mövqeyi müəyyənləşib. Milli komandamız 2 il əvvəlki kimi, yenə 12-ci pillədə qərarlaşıb. Növbəti Avropa çempionatına seçmə oyunları keçirmədən vəsiqə verən 5-ci vəsiqəyə isə Türkiyə sahib çıxıb.

5-16-cı yerlərin yekun sıralaması

5

Türkiyə

6

Rusiya

7

Serbiya

8

Bolqarıstan

9

İspaniya

10

Çexiya

11

Belçika

12

Azərbaycan

13

Slovakiya

14

Fransa

15

Belarus

16

Xorvatiya

0