Yığmamızın kapitanı coşdu: Bu, biabırçılıqdır!
02.10.2009 - 10:20
Yığmamızın kapitanı coşdu: Bu, biabırçılıqdır!
“Almaniya ilə qarşılaşma bizim üçün çox çətin oldu. Biz oyunda dönüş yaratmaq üçün bütün taktiki gedişlərdən istifadə etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Oksana Parxomenko deyib.

Avropa çempionatının pley-off mərhələsinin sonuncu turunda Almaniya ilə görüş barədə danışan təcrübəli voleybolçu zəif oynadıqlarını gizlətməyib. Oksana Avropa çempionatının 6 oyununda cəmi 1 qələbə qazanan yığmamızın çıxışını biabırçılıq kimi dəyərləndirib: “Bu biabırçılıqdır! Lakin bütün səylərimizə baxmayaraq, bu, fayda vermədi. Düşünürəm ki, komandamızın bütün üzvləri çox yorğun idilər. İndi artıq növbəti çempionatlara köklənməliyik”.

Qeyd edək ki, Azərbaycan yığması Almaniyaya 0:3 hesabı ilə uduzub.
0