“Azərbaycan yığması komanda kimi oynamırdı”
02.10.2009 - 10:26
“Azərbaycan yığması komanda kimi oynamırdı”
“Mən elə xoşbəxtəm ki... Düşünürəm ki, bu inanılmazdır”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Almaniya milli komandasının üzvü Hayke Beyer deyib.

Avropa çempionatının pley-off mərhələsinin son turunda Azərbaycan yığmasını 3:0 hesabı ilə məğlub edən Bundestimin oyunçusu matçdan sonra fikirlərini açıqlayıb. 26 yaşlı ucaboy gözəlçə bizim voleybolçuları tərifləsə də, komandamızın çatışmazlığını da deyib: “Ən güclü 4 komanda sırasına düşməyimizə çox sevinirəm. Yarış ərəfəsində ən böyük arzum da elə bu idi. Azərbaycan yığmasının çox sayda yaxşı oyunçuları var. Lakin onlar bu gün komanda kimi oynamırdı. O ki qaldı yarımfinala, İtaliya ilə qarşılaşmanı heç kimə arzulamazdım”.
0