“Qalatasaray” oktyabrın 14-də Azərbaycan klubu ilə yoldaşlıq görüşü keçirəcək
12.10.2009 - 16:34
“Qalatasaray” oktyabrın 14-də Azərbaycan klubu ilə yoldaşlıq görüşü keçirəcək
Qadın voleybolçulardan ibarət Bakının “Rabitə” klubu oktyabrın 14-də yoxlama matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, həmyerlilərimiz İstanbulda yerli “Qalatasaray”la qüvvəsini sınayacaq. Artıq qarşılaşmanın dəqiq vaxtı və yeri məlumdur. Komandalar ayın 14-də Bakı vaxtı ilə saat 13:00-da İstanbulun “Burhan Felek” İdman Sarayında üz-üzə gələcəklər. Bu oyun “Rabitə” üçün Avropa Voleybol Konfederasiyası (CEV) Kuboku yarışına hazırlıq xarakteri daşıyacaq.

Qeyd edək ki, “Rabitə” dekabrda CEV Kuboku turnirinin 1/16 final mərhələsində Polşa “Qvardiya”sı ilə qarşılaşacaq.
0