Azərbaycan klubu “Qalatasaray”a dərs keçdi
14.10.2009 - 16:23
Bakının qadın voleybolçulardan ibarət “Rabitə” klubu bu gün Türkiyədə inamlı qələbə qazanıb. Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəylinin apasport.az saytına verdiyi məlumata görə, komandamız “Qalatasaray”ı yoldaşlıq görüşündə asanlıqla məğlub edib. İstanbulun “Burhan Felek” İdman Sarayında keçirilmiş oyun voleybolçularımızın 3:0 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, “Qalatasaray”la matç “Rabitə” üçün dekabrda Avropa Voleybol Konfederasiyası (CEV) Kubokunun 1/16 final mərhələsində Polşanın “Qvardiya” klubu ilə qarşılaşmaya hazırlıq xarakteri daşıyıb.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0