“Fənərbaxça” klubunun oyunçusu Bakıda
14.10.2009 - 23:00
Nisə Quliyeva “Azərreyl” klubuna keçdi
Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu heyətini gücləndirib. Bu haqda apasport.az saytına məlumat verən Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəylinin sözlərinə görə, komanda Nisə Quliyevanı transfer edib. Nisə əslən azərbaycanlı olsa da, onun karyerasının əsas hissəsi Türkiyə ilə bağlıdır. Oyun qurucusu olan Quliyeva Türkiyə vətəndaşlığı alaraq, bu ölkənin milli komandasında 140 dəfə forma geyinib. Həmçinin, voleybolçumuz “Fənərbaxça Acibadem”, “Beşiktaş”, “Yeşilyurt” və “Türk Telekom” klublarının da şərəfini qoruyub.
Gözəlbəyli onu da vurğulayıb ki, paytaxtın “Azərreyl” və “Lokomotiv” klublarına Bolqarıstan, Ukrayna və Moldovadan da oyunçular cəlb olunub.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0