Milli komandalarımız üçün təqvim hazırdır
27.10.2009 - 10:57
Milli komandalarımız üçün təqvim hazırdır
Azərbaycanın gənclər və böyüklərdən ibarət voleybol yığmalarının mübarizə aparacaqları növbəti Avropa çempionatının seçmə mərhələsinin təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qadın və kişi voleybolçularımız 2011-ci, qızlarımız isə gələn il keçiriləcək qitə çempionatının final mərhələsinə yüksəlməyə çalışacaqlar.

Qadınlar
İkinci seçmə mərhələ
A qrupu

Azərbaycan
Bosniya və Herseqovina
Belarus
Gürcüstan

Birinci dövrə 21-23 may 2010-cu ildə Belarusda, ikinci dövrə isə 28-30 may 2010-cu ildə Azərbaycanda keçiriləcək. Qrup qalibi birbaşa Avropa çempionatına yollanacaq, ikinci yerin sahibi isə üçüncü seçmə mərhələdə oynayacaq.

Kişilər
Birinci seçmə mərhələ

Azərbaycan - Böyük Britaniya (ilk matç 8 və ya 9 may 2010-cu ildə, cavab görüşü bundan bir həftə sonra olacaq)

İkinci seçmə mərhələ
B qrupu

Finlandiya
Yunanıstan
Latviya
Azərbaycan - Böyük Britaniya oyununun qalibi

Birinci dövrə 21-23 may 2010-cu il Latviyada, ikinci dövrə isə 28-30 may Yunanıstanda keçiriləcək.

Qızlar
Birinci seçmə mərhələ

Azərbaycan
Danimarka
Norveç

Oyunlar 7-10 yanvar 2010-cu ildə Danimarkada baş tutacaq. Qrup qalibi ikinci seçmə mərhələdə iştirak hüququna yiyələnəcək.

İkinci seçmə mərhələ
A qrupu

Belarus
Fransa
Rumıniya
Sloveniya
Ukrayna
Azərbaycan/Danimarka/Norveç qrupunun qalibi

Qrup oyunları 6-11 aprel 2010-cu ildə Fransada təşkil ediləcək.
0