Yığmamızın məşqçisi: Əlavə əsəb gərginliyi yaşamaq istəmirik
27.10.2009 - 16:11
“Qrupda bizim ən əsas rəqibimiz şübhəsiz ki, Belarus yığmasıdır. Biz belaruslularla mübarizə aparıb birinci yeri tutmağa və Avropa çempionatının final mərhələsinə yüksəlməyə çalışacağıq. Gürcüstan və Bosniya və Herseqovina kimi rəqiblərə isə mütləq qalib gələcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının məşqçisi Aleksandr Çervyakov deyib.
Çervyakov 2011-ci il Avropa çempionatının ikinci seçmə mərhələsində Belarus, Gürcüstan və Bosniya və Herseqovina ilə eyni qrupa düşən milli komandamızın şanslarını dəyərləndirib: “Əgər yığmamız qrupda ikinci yeri tutsa, C qrupunun ikincisi ilə pley-off oyunlarında qüvvəmizi sınayacağıq. Bu ya Ukrayna, ya da Slovakiya komandası olacaq. Prinsipcə, bu rəqiblərdən hər ikisini üstələmək mümkündür. Amma özümüzə əlavə əsəb gərginliyi yaşatmaq istəmirik”.
Qeyd edək ki, yığmamızın çıxış edəcəyi qrupda ilk dövrə 2010-cu ilin 21-23 mayında Belarusda, ikinci dövrə isə bundan bir həftə sonra Azərbaycanda keçiriləcək.
Mənbə: extratime.az

0
0