Oksana Parxomenko: Onlara sübut etmək istəyirəm ki...
30.10.2009 - 16:44
“Avropa çempionatının seçmə mərhələsində bizimlə eyni qrupda yer alan Bosniya və Herseqovina və Gürcüstan yığmaları haqda heç nə deyə bilmərəm. Gürcüləri axırıncı dəfə 5-6 il əvvəl görmüşəm. Belaruslara gəlincə, onlar bizə yaxşı tanışdır. Prinsipcə, təcrübə və güc yığmaq üçün vaxtımız var. Mənə elə gəlir ki, hər şey yaxşı olacaq”. Apasport.az sayının məlumatına görə, bu sözləri Azərbaycan voleybol yığmasının üzvü Oksana Parxomenko deyib.
Moskvanın “Dinamo” klubunun da şərəfini qoruyan 25 yaşlı idmançının qonşu ölkədə legioner həyatı uğurla başlayıb. Onun komandası ölkə çempionatının ilk 3 turunda bütün oyunlarda qələbə qazanıb (“Avtodor-Metar”la 3:0, “Uraloçka” ilə 3:1 və “Universitet-Texnoloq”la 3:0). Ötən mövsüm İstanbul “Fənərbaxça”sının şərəfini qorumuş Oksana Türkiyə və Rusiya çempionatlarını müqayisə edib: “Rusiya çempionatında ucaboylu voleybolçular oynayırlar. Blokda oynamağa daha çox diqqət yetirirlər. Burada Türkiyə çempionatında fərqli, güc voleyboluna və sürətli oyuna üstünlük verirlər. Əlbəttə, bunlar bizdən yüksək səviyyəli mübarizə aparmağı tələb edir. Xüsusilə, əgər rəqibin heyətində 190 sm boya malik iki voleybolçu blok qurursa, öz komada yoldaşının hücumu uğurla başa vurması üçün hər şeyi etməli olursan”.
Parxomenko bildirib ki, “Dinamo”nun Çempionlar Liqasında “Fənərbaxça”ya qarşı keçirəcəyi matç prinsipial əhəmiyyət daşıyacaq: “Onlara sübut etmək istəyirəm ki, “Dinamo”ya keçidimin səbəbi heç də “Fənərbaxça”ya lazım olmamağım deyil. Sadəcə, indiki komandam da “Fənərbaxça”dan zəif deyil. Qarşıdakı matçı prinsipial edən daha bir məqam isə Yekaterina Qamovanın “Dinamo”dan rəqib heyətinə keçməsidir”.
Mənbə: extratime.az

0
0