Menecer qətlə yetirildi
03.11.2009 - 09:52
Rusiyanın qadınlardan ibarət basketbol yığma komandasının baş meneceri Şabtay Kalmanoviç qətlə yetirilib. Apasport.az saytının məlumatına görə, Moskvaətrafını təmsil edən “Spartak” klubunda da eyni vəzifəni tutan 62 yaşlı litvalı funksioner “Mercedes” markalı avtomobildə işgüzar görüşə gedirmiş. Həmin vaxt heç bir mühafizəsi olmayan Kalmanoviç yalnız sürücüsü Petr Tumanovla birgə olub. Yolda avtomobil atəşə tutulub və baş menecer elə hadisə yerindəcə keçinib. Xəsarət alan sürücü isə xəstəxanaya çatdırılıb.
Həkimlərin sözlərinə görə, onun həyatına heç bir təhlükə yoxdur. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Ehtimal edilir ki, cinayətkarlar iki nəfərdən az olmayıb. Cinayət yerində kalibri 9 millimetrlik patronlar və 20-dən çox giliz aşkarlanıb.
Qeyd edək ki, Kalmanoviç həm kişilərdən (“Jalgiris”), həm də qadınlardan (UQMK, “Spartak”) ibarət komandalarla Avroliqanın qalibi adını qazanan yeganə basketbol meneceridir.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0