Çempionlar Liqası matçında görünməmiş olay
05.11.2009 - 16:03
Çempionlar Liqası matçında görünməmiş olay
Avstriyanın “Xipo” həndbol komandasının baş məşqçisi Qunnar Prokop 3 il müddətinə diskvalifikasiya olunub. Apasport.az saytının məlumatına görə, Prokop oktyabrın 29-da “Xipo”nun “Mets”lə keçirdiyi Çempionlar Liqası matçının başa çatmasına 7 saniyə qalmış meydançaya qaçaraq, rəqibin hücumunu pozub.

Nəticədə “Mets” son hücumunu başa çatdıra bilməyib. Görüş isə 27:27 hesablı heç-heçə ilə başa çatıb. Avropa Həndbol Federasiyasının qərarına əsasən, 69 yaşlı mütəxəssis 45 min avro cərimələnib. Onun Avropa həndbol qurumunda hər hansı postu tutmasına ömürlük qadağa qoyulub. “Xipo” klubu isə 30 min avro cərimələnib və bu görüşdə əldə etdiyi xal hesabından silinib.

Artıq Qunnar Prokop istefa verib. O, oyundan sonra psixiatra müraciət etməsinin gərəkliyini bildirib: “Mən nə üçün belə etdiyimi hələ də başa düşə bilmirəm”.

Mənbə: lent.az
0