“Qalatasaray” dekabrın 9-da Bakıya gələcək
25.11.2009 - 17:46
“Qalatasaray” dekabrın 9-da Bakıya gələcək
Türkiyənin voleybolçu qadınlardan ibarət “Qalasaray” klubu Bakıya dekabrın 9-da gələcək. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılılar” “Çağırış” kubokunun ikinci mərhələsi çərçivəsində “İqtisadçı” ilə qarşılaşmaq üçün paytaxtımıza təşrif buyuracaq.

Avropa miqyaslı yarışlarda qüvvəsini sınayacaq hər 5 klubumuzun səfər oyunlarının vaxtı dəqiqləşib. Püşkün nəticəsinə əsasən, komandalarımızın hamısı ikinci matçlarını evdə keçirəcəklər. Buna görə də, 8-10 dekabr aralığında ölkəmizdə 5 qarşılaşma baş tutacaq. Yalnız “Lokomotiv” və “Azerreyl”in ev oyunlarının vaxtı dəqiqləşməyib.

“Çağırış” kuboku, ikinci mərhələ
Qadınlar

2 dekabr, saat 20:00 “Qalatasaray” (Türkiyə) - “İqtisadçı”
10 dekabr, saat 16:00 “İqtisadçı” - “Qalatasaray”

2 dekabr, saat 22:00 RAANANA (İsrail) - “Lokomotiv”
8-10 dekabr, “Lokomotiv” - RAANANA

Kişilər
2 dekabr, saat 21:00 “Foinikas” (Yunanıstan) - “Azərneft”
9 dekabr, saat 16:00 “Azərneft” - “Foinikas”

CEV kuboku, 1/16 final
Qadınlar

3 dekabr, saat 21:00 “SVS Post Şveşat” (Avstriya) - “Azərreyl”
8-10 dekabr, “Azərreyl” - “SVS Post Şveşat”

1 dekabr, saat 21:00 “İmpel Qvardiya” (Polşa) - “Rabitə”
10 dekabr, saat 18:30 “Rabitə” - “İmpel Qvardiya”

Qeyd: Oyunların başlanma vaxtı Bakı vaxtı ilə göstərilib
0