“Qalatasaray”la oyunumuzun hakimləri bəllidir
30.11.2009 - 20:18
Avropa Voleybol Konfederasiyası (CEV) qadınlardan ibarət Azərbaycan klublarının oyunlarına təyinat alan hakimlərin adlarını açıqlayıb. Apasport.az saytının xəbərinə görə, CEV kuboku uğrunda “Rabitə” - “İmpel Qvardiya” (Polşa) qarşılaşmasını italiyalı Sandro la Mikela və macar Jolt Mejoff idarə edəcək. Görüş sabah 1-də Polşada keçiriləcək.
Ertəsi gün daha bir təmsilçimiz “Azerreyl” rəqib meydanında Avstriyanın “SVS Post” klubu ilə qüvvəsini sınayacaq. Bu oyunun hakimləri xorvat Miroslav Milinoviç və albaniyalı İqli Feştidir.
“Challenge Cup” turniri çərçivəsində Türkiyənin “Qalatasaray” və Bakının “İqtisadçı” klubları arasında birinci görüş dekabrın 2-də İstanbulda baş tutacaq. Görüşün hakimləri isveçrəli Kristian Volf və İsrail nümayəndəsi Roy Qorendir.
Bolqarıstanlı Borislav İordanov və xorvat Milan Rajkoviç həmin turnir çərçivəsində İsraildə keçiriləcək “Raanana” və Bakının “Lokomotiv” klublarının görüşünə hakimlik edəcəklər.
AzərTac

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0