“Biz hələ heç nə itirməmişik”
04.12.2009 - 12:02
“Biz hələ heç nə itirməmişik”
“Azərreyl” çox çətin rəqibdir. Bizim bu komanda haqda çox məlumatımız yox idi. Buna baxmayaraq, onların yaxşı kollektivləri olduğunu bilirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın qadın voleybolçulardan ibarət “SVS Post” klubunun baş məşqçisi Vladimir Pridal deyib.

CEV kubokunun 1/16 finalında Bakının “Azərreyl” komandasına doğma azarkeşləri önündə uduzan (2:3) avstriyalıların çalışdırıcısı məğlubiyyətin səbəblərini açıqlayıb. O bildirib ki, rəhbərlik etdiyi kollektiv tam heyətdə mübarizə aparmadığından, məğlubiyyətlə üzləşib: “Bizim böyük problemlərimiz var. Əsas oyunçularımız xəstə və ya zədəlidir. Hər halda, biz hələ heç nə itirməmişik. Lazımi nəticəni Bakıda əldə edə bilərik”.

“SVS Post”un 27 yaşlı təcrübəli oyunçusu Korneliya Rimser isə görüşün həlledici məqamının ikinci set olduğunu vurğulayıb: “Qalib gəlmək üçün bu gün hər şey etdik. Təəssüf ki, əlimizə düşən imkandan yararlana bilmədik. Fikrimcə, oyunda həlledici məqam ikinci setdə uduzmağımız oldu”.

Qeyd edək ki, “Azərreyl” 2-ci, 3-cü və 5-ci setlərdə rəqibdən üstün olub (21:25, 27:25, 25:22, 21:25, 18:16). Cavab qarşılaşması dekabrın 8-də paytaxtımızda baş tutacaq.
0