“Azərreyl”in rəqibi Türkiyə komandası oldu
10.12.2009 - 12:17
Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun CEV kubokunun 1/8 finalındakı rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həmyerlilərimiz Türkiyənin “Əczaçıbaşı” komandası ilə qarşılaşacaqlar. İlk oyun 2010-cu ildə 5-7 yanvar aralığında paytaxtımızda, cavab görüşü isə bundan 1 həftə sonra İstanbulda olacaq.
“Çağırış” kubokunda tur adlamış təmsilçilərimizin rəqibləri isə hələlik bilinmir. “Azərneft” və “Lokomotiv”in üçüncü mərhələdə hansı komandalarla üz-üzə gələcəyi yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, bu il avrokuboklarda mübarizə aparan 5 klubumuzdan hələlik 3-ü mərhələ adlayıb.

0
0