Avrokubokda komandamız üçün yeni rəqib
11.12.2009 - 11:50
“Rabitə” qadın voleybol klubunun CEV kubokunun 1/8 finalında rəqibi məlumdur. Apasport.az saytının məlumatına görə, bakılılar baş mükafat uğrunda mübarizəni davam etdirmək üçün Fransanın “Roşevill” komandasının məğlub etməlidirlər. Kann şəhərini təmsil edən bu klub 1/16 finalda “Sledrext”i (Hollandiya) üstələyib - 3:1; 3:1. “Rabitə”nin “Roşevill”lə ilk görüşü 2010-cu il 5-7 yanvar aralığında Fransada keçiriləcək. Cavab matçı 12-14 yanvar aralığında Bakıda təşkil olunacaq.
CEV kubokunun 1/8 finalında mübarizə aparacaq digər komandamız “Azerreyl” isə eyni tarixlərdə “Əczaçıbaşı” (Türkiyə) ilə qarşılaşacaq. O ki qaldı nisbətən zəif sayılan “Çağırış” kuboku uğrunda yarışda uğur qazanmış komandalarımıza, “Azərneft” (kişilər) və “Lokomotiv”in (qadınlar) rəqibləri hələlik bilinmir.
Qeyd edək ki, 2009/10 mövsümündə avrokuboklarda 5 klubumuz mübarizə aparırdı. Lakin “Çağırış” kubokunda oynamış qadınlardan ibarət “İqtisadçı” qitə miqyaslı yarışla erkən vidalaşıb.

0
0