Avrokuboklarda maraqlı püşk: hər şey Bakı derbisinə doğru
12.12.2009 - 13:57
Avrokuboklarda maraqlı püşk: hər şey Bakı derbisinə doğru
Avropa Voleybol Konfederasiyasının keçirdiyi “Çağırış” kuboku uğrunda yarışın 1/16 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanın kişilərdən ibarət “Azərneft” komandasının bəxtinə İsveçrənin “Volley” klubu düşüb. Analoji yarışda mübarizə aparan qadınlardan ibarət “Lokomotiv” isə tanış rəqiblə qarşılaşacaq. Belə ki, “dəmiryolçular” CEV kubokunun 1/16 finalında “Rabitə”nin üstələdiyi (3:1; 3:1) “İmpel Qvardiya”nı sınağa çəkəcək.

Xatırladaq ki, nisbətən güclü yarışda - CEV kubokunda ölkəmizin şərəfini qoruyan “Azərreyl” və “Rabitə” klublarının rəqibləri öncədən bəlli idi. Əgər adıçəkilən komandaların hər ikisi uğura imza atarsa, onda azarkeşlər 1/4 finalda “Azərreyl” - “Rabitə” dueli izləyəcəklər.

“Çağırış” kuboku, 1/16 final

Kişilər
“Volley” (İsveçrə) - “Azərneft”
Cütün qalibi 1/8 finalda ya Finlandiyanın “Perunqan Poyat”, ya da Ukraynanın “Lokomotiv” komandası ilə qarşılaşacaq.

Qadınlar
“İmpel Qvardiya” (Polşa) - “Lokomotiv”
Cütün qalibi 1/8 finalda ya İsveçrənin “Santi”, ya da Rumıniyanın “Unik LPS” komandası ilə qarşılaşacaq.

CEV kuboku, 1/8 final
Qadınlar
“Azərreyl” - “Əczaçıbaşı” (Türkiyə)
Cütün qalibi 1/4 finalda ya Fransanın “Roşevill”, ya da Bakının “Rabitə” komandası ilə qarşılaşacaq.

“Roşevill” (Fransa) - “Rabitə”
Cütün qalibi 1/4 finalda ya Bakının “Azərreyl”, ya da Türkiyənin “Əczaçıbaşı” komandası ilə qarşılaşacaq.

Qeyd: İlk oyunlar 2010-cu ildə 5-7 yanvar, cavab görüşləri isə 12-14 yanvar aralığında keçiriləcək.
0