Köhnə tanışla təzə görüş
05.01.2010 - 11:25
Köhnə tanışla təzə görüş
Azərbaycanın voleybol klubları bu gündən etibarən qitə miqyaslı yarışlarda növbəti oyunlarına çıxacaqlar. Apasport.az saytının məlumatına görə, öncə paytaxtın qadınlardan ibarət “Lokomotiv” komandası “Çağırış” kubokunda qüvvəsini sınayacaq. Sabah da hər iki təmsilçimiz səfərdə mübarizə aparacaq. Ölkəmizin ən titullu klubu “Azərreyl” isə yanvarın 7-də doğma azarkeşlər önündə oynayacaq. Cavab görüşləri gələn həftəyə təyin olunub.

Onu da qeyd edək ki, “Lokomotiv”in bu gün Polşanın Vrotslav şəhərində qarşılaşacağı “İmpel Qvardiya” Azərbaycanın voleybol həvəskarlarına tanış komandadır. Belə ki, ötən ay digər klubumuz “Rabitə” polşalıları CEV kubokunun 1/16 finalında üstələmişdi - 3:1; 3:1.

“Çağırış” kuboku, 1/16 final
Qadınlar

5 yanvar, saat 21:30 “İmpel Qvardiya” (Polşa) - “Lokomotiv”
Cavab görüşü yanvarın 12-də saat 21:00-da keçiriləcək.

Kişilər
6 yanvar, saat 22:00 “Volley” (İsveçrə) - “Azərneft”
Cavab görüşü yanvarın 14-də saat 19:30-da keçiriləcək.

CEV kuboku, 1/8 final
Qadınlar

6 yanvar, saat 23:00 “Roşevill” (Fransa) - “Rabitə”
Cavab görüşü yanvarın 14-də saat 17:00-da keçiriləcək.

7 yanvar, saat 18:00 “Azərreyl” - “Əczaçıbaşı-Zentiva” (Türkiyə)
Cavab görüşü yanvarın 13-də saat 19:00-da keçiriləcək.

Qeyd: bütün oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
0