Voleybolçularımız Polşadan məğlubiyyətlə qayıdır - YENİLƏNİB
05.01.2010 - 23:20
Voleybolçularımız Polşadan məğlubiyyətlə qayıdır - YENİLƏNİB
Azərbaycanın voleybol klubları bu gündən etibarən qitə miqyaslı yarışlarda növbəti oyunlarına çıxacaqlar. Apasport.az saytının məlumatına görə, öncə paytaxtın qadınlardan ibarət “Lokomotiv” komandası “Çağırış” kubokunda qüvvəsini sınayacaq.

Qeyd edək ki, “Lokomotiv”in bu gün Polşanın Vrotslav şəhərində qarşılaşacağı “İmpel Qvardiya” Azərbaycanın voleybol həvəskarlarına tanış komandadır. Belə ki, ötən ay digər klubumuz “Rabitə” polşalıları CEV kubokunun 1/16 finalında üstələmişdi - 3:1; 3:1.


“Çağırış” kuboku, 1/16 final

“İmpel Qvardiya” (Polşa) - “Lokomotiv” (Bakı) - 3:1 (25:14, 21:25, 25:23, 25:9 )

İlk set başa çatıb. 21 dəqiqə çəkən mübarizədə meydan sahibləri komandamızı 25:14 hesabı ilə məğlub edib.

Voleybolçularımız ikinci setdə daha yaxşı çıxış ediblər. 26 dəqiqə çəkən görüşdə komandamız 25:21 hesablı qələbə qazanaraq, ümumi hesabı bərabərləşdiriblər.

Meydan sahibləri yenidən hesabda önə çıxırlar. 30 dəqiqə sürən üçüncü setdə polşalılar 2 xallıq fərqlə qələbə qazandılar - 25:23.

Dördüncü set həlledici olub. 18 dəqiqəlik mübarizədə voleybolçularımız cəmi 9 xal qazanıb. Meydan sahibləri bu dəfə 25:9 hesablı qələbə ilə ümumi hesabda komandamızı məğlubiyyətə uğradıb.

Cavab görüşü yanvarın 12-də saat 21:00-da keçiriləcək.
0