Voleybolçularımız İsveçrə və Fransada eyni hesabla yenildilər – YENİLƏNİB
07.01.2010 - 00:52
Voleybolçularımız İsveçrə və Fransada eyni hesabla yenildilər – YENİLƏNİB
Azərbaycanın daha iki voleybol klubu avrokubokların pley-off mərhələsində mübarizəyə qoşulub.. Apasport.az saytının məlumatına görə, kişilərdən ibarət “Azərneft” İsveçrədə “Çağırış” kubokunda, qadınlardan təşkil olunmuş “Rabitə” isə Fransada CEV kuboku çərçivəsində mübarizə aparıb.

Qeyd edək ki, “Çağırış” kubokunun 1/16 finalında yarışan digər komandamız “Lokomotiv” Polşanın Vrotslav şəhərində yerli “İmpel Qvardiya”ya 1:3 hesabı ilə məğlub olub.

6 yanvar
“Çağırış” kuboku, 1/16 final


Kişilər
“Volley” (İsveçrə) - “Azərneft” - 3:1 (32:34; 25:20; 25:23; 25:20)

Gərgin keçən ilk set komandamızın qələbəsi ilə başa çatıb. 37 dəqiqə sürən qarşılaşmada voleybolçularımız rəqibini çətinliklə məğlubiyyətə uğradıb – 34:32.

Meydan sahibləri ikinci setdə daha yaxşı oynayaraq, qələbə qazanıb. 25 dəqiqəlik mübarizə voleybolçularımızın 20:25 hesablı məğlubiyyəti ilə nəticələnib.

Voleybolçularımız üçüncü setdə də uduzub. İsveçrəlilər bu dəfə iki xallıq fərqlə qələbə qazanıb - 25:23.

Dördüncü setdə də meydan sahibləri komandamıza şans verməyib. 25:20 hesablı qələbə qazanan isveçrəlilər cavab oyununa üstün durumda çıxacaq - 3:1.
Cavab görüşü yanvarın 14-də saat 19:30-da keçiriləcək.

CEV kuboku, 1/8 final

Qadınlar
“Roşevill” (Fransa) - “Rabitə” - 3:1 (25:22; 21:25; 25:22; 25:18)
Komandamız ilk setdə məğlubiyyətlə üzləşib. Meydan sahibləri görüşü 25:22 hesablı qələbə ilə başa vurublar.

İkinci set “Rabitə”nin qələbəsi ilə yekunlaşıb - 25:21. Bununla komandamız ümumi hesabı bərabərləşdirib -1:1.

Komandamız uğurun davamını gətirə bilmədi. Meydan sahibləri 25:22 hesablı qələbə ilə, ümumi hesabda önə çıxırlar - 2:1.

Dörüdüncü set də voleybolçularımız üçün uğursuz alındı. Komandamız rəqibinə bu dəfə 25:18 hesabı ilə yenildiş

Cavab görüşü yanvarın 14-də saat 17:00-da keçiriləcək.
0