Türklər Bakıya yarımcan gəliblər
07.01.2010 - 13:20
Türklər Bakıya yarımcan gəliblər
Qadınlar arasında CEV kubokunda Bakının “Azərreyl” klubu ilə qarşılaşacaq Türkiyə “Əczaçıbaşı”sı 1/8 finalın ölkəmizdə keçiriləcək ilk oyununa itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, artıq Bakıda olan türkiyəlilər iki aparıcı oyunçusunun xidmətindən yararlana bilməyəcək. Qonaqların italiyalı baş məşqçisi Cüzeppe Kukkarini türk mətbuatına açıqlamasında itkilərə baxmayaraq qələbə iddiasında olduqlarını açıqlayıb: “Təəssüf ki istədiyimiz heyətə malik deyilik. Kapitanımız Əsra, həmçinin Aysun bu matçda da meydana çıxmayacaq. Ancaq oyuna lazımınca köklənmişik. Psixoloji cəhətdən tam hazırıq. Hər qarşılaşma bizim üçün yeni bir hədəfdir. İnanıram ki, bu hədəflərə çatacağıq”.

Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində Bakı vaxtı ilə saat 18:00-da başlanacaq görüşü fransalı Oliver Juliet və olşalı Matçin Helbik idarə edəcək.
0