“Azərreyl” uduzsa da, liderdir!
08.01.2010 - 11:35
Qadın voleybolçulardan ibarət Bakının “Azərreyl” klubu CEV kubokunun 1/8 finalında fərqlənib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi azarkeş toplamaq baxımından birinci yeri tutub. Belə ki, “Azərreyl”in Türkiyənin “Əczaçıbaşı” komandası ilə “Sərhədçi” Olimpiya İdman Kompleksində baş tutan görüşünü 3000 azarkeş izləyib. Bu, 1/8 final mərhələsində keçirilən digər 7 oyunla müqayisədə ən yüksək göstəricidir. Ən az azarkeş isə “Srvena Zvezda” (Serbiya) - “Valeriano Alles” (İspaniya) matçında olub: 150 tamaşaçı.
Qeyd edək ki, 3000 azarkeşin dəstəyinə baxmayaraq, “Azərreyl” doğma meydanda 2:3 hesablı məğlubiyyətlə barışıb.
Qeyd edək ki, 3000 azarkeşin dəstəyinə baxmayaraq, “Azərreyl” doğma meydanda 2:3 hesablı məğlubiyyətlə barışıb.
0
0