“Biz öz-özümüzü “sındırdıq” - FOTO
08.01.2010 - 15:49
“Biz öz-özümüzü “sındırdıq” - FOTO
“Biz öz-özümüzü “sındırdıq”. Oyunun həlledici məqamı üçüncü setdə oldu. Demək olar, bütün görüş ərzində hesabda öndə olsaq da, üstünlüyü əldən verdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının qadın voleybolçulardan ibarət “Lokomotiv” klubunun üzvü Yelena Parxomenko deyib.

28 yaşlı idmançı şərəfini qoruduğu komandanın “Çağırış” kubokunun 1/16 final mərhələsinin ilk matçında Polşada “İmpel Qvardiya”ya 1:3 hesablı məğlubiyyətinin səbəblərindən danışıb. O, məhz üçüncü setin güdazına getdiklərini bildirib: “İkinci setdə qalib gələrək, hesabı bərabərləşdirdik. Bundan sonra öz oyunumuzu tapdıq, düzgün taktika seçdik. Həmin vaxt rəqib çaşmışdı. Biz oyunumuzu artırmalı, məqsədimizə çatmalı idik. Lakin üçüncü setdə təşəbbüsü əldən buraxdıq. Dördüncü setdə isə prinsipcə, nə top qəbul edə, nə də zərbə vura bilirdik”.

Parxomenko vurğulayıb ki, gələn həftə “dəmiryolçuları” gərgin cavab görüşü gözləyir: “Cavab matçı gərgin və əsəbi olacaq. Əgər ikinci oyunda 3:1 hesabı ilə qalib gəlsək, “Qızıl set”ə ehtiyac duyulacaq. Ona görə də 3:0 hesablı qələbə qazanmalıyıq. Fikrimcə, rəqib komanda onları Bakıda nəyin gözlədiyini bilirlər. Biz doğma meydanda başqa cür oynayarıq. Söz verirəm ki, təkrar görüşdə daha yaxşı təsir bağışlayacağıq”.

Mənbə: extratime.az
0