Soyunmaq hələ hər şey deyil… - FOTOSESSİYA
08.01.2010 - 18:03
Soyunmaq hələ hər şey deyil… - FOTOSESSİYA
İtaliyanın qadın basketbolçulardan ibarət “Kavezzo” klubu xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, İtaliya Basketbol Federasiyası ikinci liqanın qalibi olan komandanı birinci liqada oynamaq hüququndan məhrum edib. Kələfin ucu isə ötən ilə gedib çıxır.

Məsələ burasındadır ki, ötən il “Kavezzo”nun basketbolçuları gəlir əldə etmək məqsədilə çılpaq soyunaraq, təqvim üçün poza veriblər. Özü də bu təklif komandanın oyunçularından birinin anası tərəfindən irəli sürülüb və klub rəhbərliyinin ağlına batıb. Öncə təqvimdən 500 nüsxə çap olunması nəzərdə tutulub. Lakin təqvimə tələbat həddən artıq çox olduğundan, əlavə minlərcə nüsxə çap edilib və bütün İtaliyaya yayılıb.

Təqvimin uğurlu satışı və ikinci liqada çempionluğu bayram edən komanda daha sonra gözlənilməz sürprizlə qarşılaşıb. “Kavezzo” rəhbərliyi federasiyanın büdcəsinə lazımi qədər vəsait köçürmədiyinə görə, birinci liqaya buraxılmayıb. Basketbolçuların çəkdiyi bir illik əziyyət hədər gedib. İndi “Kavezzo”nun oyunçuları yenə əvvəldən başlamalı olacaqlar. Necə deyərlər, soyunmaq hələ hər şey deyil...
0