Tamam, yoxsa davam?
11.01.2010 - 16:26
Azərbaycan voleybol klublarının avrokuboklarda çıxışının başa çatıb-çatmayacağı bu həftə bilinəcək. Apasport.az saytının məlumatına görə, öncə qadınlardan ibarət “Lokomotiv” komandası doğma meydanda mübarizəyə qoşulacaq. “Dəmiryolçular” sabah Bakıda “İmpel Qvardiya”nı qəbul edəcək. Daha sonra “Azərreyl”, “Rabitə”, eləcə də “Azərneft” qüvvəsini sınayacaq. Təmsilçilərimizin növbəti mərhələyə çıxmaq şansları bir o qədər də yüksək deyil. Çünki hər 4 komandamız ilk oyunda uduzub.
“Çağırış” kuboku, 1/16 final
Qadınlar
12 yanvar, saat 18:00
“Lokomotiv” - “İmpel Qvardiya” (Polşa)
İlk oyun - 1:3
Kişilər
14 yanvar, saat 19:30
“Azərneft” - “Volley” (İsveçrə)
İlk oyun - 1:3
CEV kuboku, 1/8 final
Qadınlar
13 yanvar, saat 19:00
“Əczaçıbaşı-Zentiva” (Türkiyə) - “Azərreyl”
İlk oyun - 3:2
14 yanvar, saat 17:00
“Rabitə” - “Roşevill” (Fransa)
İlk oyun - 1:3
Qeyd: bütün oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
“Çağırış” kuboku, 1/16 final
Qadınlar
12 yanvar, saat 18:00
“Lokomotiv” - “İmpel Qvardiya” (Polşa)
İlk oyun - 1:3
Kişilər
14 yanvar, saat 19:30
“Azərneft” - “Volley” (İsveçrə)
İlk oyun - 1:3
CEV kuboku, 1/8 final
Qadınlar
13 yanvar, saat 19:00
“Əczaçıbaşı-Zentiva” (Türkiyə) - “Azərreyl”
İlk oyun - 3:2
14 yanvar, saat 17:00
“Rabitə” - “Roşevill” (Fransa)
İlk oyun - 1:3
Qeyd: bütün oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
0
0