“Lokomotiv” qələbə qazanıb, avrokuboklarla vidalaşdı - YENİLƏNİB
12.01.2010 - 20:14
“Lokomotiv” qələbə qazanıb, avrokuboklarla vidalaşdı - YENİLƏNİB
Bu gün Bakının qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu “Çağırış” kubokunun 1/16 final mərhələsində cavab görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” doğma meydanda Polşa “İmpel Qvardiya”sı ilə qarşılaşıb.

Bakı səfəri polşalı voleybolçular üçün heç də uğurlu sayıla bilməzdi. Çünki ötən ay “İmpel Qvardiya” CEV kubokunun 1/16 final mərhələsində digər təmsilçimiz “Rabitə”yə hər iki oyunda uduzub (1:3; 1:3). Ancaq bu “qapazaltı” komanda ilk matçda “Lokomotiv”i üstələyib. Komandamız məğlubiyyətin əvəzini çıxsa da, setlərin daha yaxşı fərqinə görə, polşalılar növbəti mərhələyə çıxıb. Voleybolçularımız isə öz növbəsində. qələbə qazansalar belə, avrokuboklarla vidalaşıb.

“Çağırış” kuboku, 1/16 final
12 yanvar, saat 18:00
“Lokomotiv” - “İmpel Qvardiya” (Polşa) - 3:2 (25:27; 25:22; 22:25; 25:20; 15:11)
İlk oyun - 1:3


Avrokuboklarda yarışan “Azərreyl”, “Rabitə”, eləcə də “Azərneft” yanvarın 13-14-də qüvvələrini sınayacaqlar.
0