Azərbaycan milli komandası Rumıniya ilə qarşılaşacaq
19.01.2010 - 13:49
Avropa çempionatının B divizionunun püşkatma mərasimi keçirilib. Azərbaycan basketbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, Almaniyanın Frayzinq şəhərində keçirilən tədbirdə Azərbaycanın kişilərdən ibarət milli komandasının da rəqibləri məlum olub.
B qrupunda mübarizə aparacaq yığmamız Rumıniya, Albaniya, Belarus, İsveç komandaları ilə görüşəcək. Püşkatmaya əsasən Avstriya, Lüksemburq, Hollandiya, Estoniya A, Slovakiya, Kipr, İsveçrə, Çexiya C qrupunda çıxış edəcək.
Evdə və səfərdə olmaqla iki dövrədən ibarət dairəvi sistemlə keçiriləcək yarışın I dövrəsinin təqvimi də müəyyənləşib. Basketbolçularımız avqustun 8-də səfərdə Albaniya, 14-də evdə Belarus, 17-də səfərdə Rumıniya, 21-də evdə İsveçlə üz-üzə gələcək. İkinci dövrənin cədvəli birinci dövrənin yekunlarından sonra təsdiqlənəcək.
Qeyd edək ki, qitə birinciliyinin əsasnaməsinə görə, qruplarda birinci yerləri tutan komandalar, həmçinin ikinci yerlərin sahibləri arasında ən yaxşı nəticəyə malik yığma A divizionuna 2 vəsiqə uğrunda mübarizəni gələn il davam etdirəcək.

- Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Ankarada yoxlama oyunları keçirəcək
- FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme Azərbaycan yığmasının üzvləri ilə görüşüb
- Azərbaycan yığmasının Avropa Liqası üçün heyəti açıqlanıb
- Qadın voleybolçulardan ibarət millimiz xaricdəki təlim-məşq toplanışını yekunlaşdırıb
- Millimiz Belarus klubuna məğlub olub
0
0