Daha bir milli komandamız İrəvana dəvət aldı
20.01.2010 - 17:09
Azərbaycan milli komandası Ermənistanda keçiriləcək daha bir yarışa dəvət alıb. Lent.az-ın məlumatına görə, bu dəfə basketbolçu qadınlardan ibarət yığmamız İrəvana çağırılıb.
İyunun sonlarında keçiriləcək Avropa çempionatının “C” divizionunun oyunlarında 8 komanda iştirak edəcək. I qrupda Ermənistan, Moldova, Cəbəllüttariq və Andorra yarışacaq. II qrupda isə Malta, Şotlandiya və Uelslə yanaşı, Azərbaycan da yer alıb. Ermənistan Basketbol Federasiyasından verilən məlumata görə, Beynəlxalq Basketbol Federasiyaları Assosiasiyası (FİBA) Azərbaycanı İrəvanda keçiriləcək Avropa çempionatına dəvət edib.
Qeyd edək ki, fevralın 13-14-də Ermənistan paytaxtında təşkil olunacaq yunan-Roma güləşi üzrə Dünya Kubokuna yığmamız da dəvət alıb.

- Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Ankarada yoxlama oyunları keçirəcək
- FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme Azərbaycan yığmasının üzvləri ilə görüşüb
- Azərbaycan yığmasının Avropa Liqası üçün heyəti açıqlanıb
- Qadın voleybolçulardan ibarət millimiz xaricdəki təlim-məşq toplanışını yekunlaşdırıb
- Millimiz Belarus klubuna məğlub olub
0
0