Türk klubu yenə Bakıda!
17.02.2010 - 12:17
Türk klubu yenə Bakıda!
Sabah Avropa Voleybol Konfederasiyası (CEV) kuboku uğrunda yarışın 1/4 finalında Bakının “Rabitə” klubu ilk görüşünü keçirəcək. Apasport.az saytının məlumatına görə, xanımlarımız Türkiyənin “Əczaçıbaşı” komandasını sınağa çəkəcəklər. Saat 17:00-da başlanacaq matç “Lider” TV vasitəsilə canlı yayımlanacaq. Cavab görüşü fevralın 24-də İstanbulda təşkil ediləcək.

Qeyd edək ki, “Əczaçıbaşı” ötən ay da Bakının qonağı olub. Türkiyə təmsilçisi 1/8 finalda məhz paytaxtımızın digər klubu “Azərreyl”i mübarizədən kənarlaşdırıb (3:2; 3:0).
0