"Srvena Zvezda" Azərbaycana rəqib oldu - FOTO
25.02.2010 - 03:40
Avropa Voleybol Konfederasiyası (CEV) Kubokunda Azərbaycanı təmsil edən qadınlardan ibarət "Rabitə" klubu tarix yazıb. Lent.az-ın məlumatına görə, komandamız ilk dəfə bu turnirin "Dördlər finalı”na vəsiqə qazanıb.
"Rabitə" 1/4 final mərhələsində Türkiyənin "Eczacıbaşı-Zentiva" klubunu üstələyib. İlk görüşdə 3:0 hesablı qələbə qazanan voleybolçularımız bu gün keçirilən cavab oyununda 1:3 hesabı ilə uduzublar: 23:25, 17:25, 25:21, 21:25. Məhz səfərdə qazanılan 1 set "Rabitə"ni növbəti mərhələyə yüksəldib.
"Dördlər finalı " 20-21 martda keçiriləcək. Hələlik "Rabitə" ilə yanaşı, "Srvena Zvezda" (Serbiya) da 1/4 final səddini dəf edib. Qalan 2 vəsiqənin sahibi bu gecə və sabah məlum olacaq.
Qeyd edək ki, əvvəllər "Azərreyl" "Top Komanda" Kuboku (2000-2001) və Çempionlar Liqasında (2003-2004) "Dördlər finalı "nda çıxış edib. Hazırda tarixə qovuşan "Top Komanda" Kubokunu qazanan klubumuz Çempionlar Liqasında 4-cü yeri tutub.

- Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Ankarada yoxlama oyunları keçirəcək
- FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme Azərbaycan yığmasının üzvləri ilə görüşüb
- Azərbaycan yığmasının Avropa Liqası üçün heyəti açıqlanıb
- Qadın voleybolçulardan ibarət millimiz xaricdəki təlim-məşq toplanışını yekunlaşdırıb
- Millimiz Belarus klubuna məğlub olub
0
0