İkisi məlum, biri naməlum
25.02.2010 - 11:06
Tarixində ilk dəfə CEV kubokunun “Dördlər finalı”na vəsiqə qazanan Bakının qadın voleybolçulardan ibarət “Rabitə” klubunun rəqiblərindən ikisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sloveniyalı mütəxəssis Draqutin Baltiçin yetirmələrinin həlledici mərhələdə “Srvena Zvezda” (Serbiya) və “Busto Arsizio” (İtaliya) klublarına qarşı mübarizə aparacaqları dəqiqdir.
“Rabitə”nin üçüncü, sonuncu rəqibi isə bu gün bilinəcək. Böyük ehtimalla bu, Rusiyanın “Uraloçka-NTMK” komandası olacaq. Çünki Yekaterinburq təmsilçisi ötən həftə səfərdə “Voley 2004 Tomis” klubu üzərində 3:1 hesablı qələbə qazanaraq, cavab görüşü ərəfəsində böyük üstünlüyə yiyələnib.
Qeyd edək ki, “Dördlər finalı” martda baş tutacaq.

- Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Ankarada yoxlama oyunları keçirəcək
- FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme Azərbaycan yığmasının üzvləri ilə görüşüb
- Azərbaycan yığmasının Avropa Liqası üçün heyəti açıqlanıb
- Qadın voleybolçulardan ibarət millimiz xaricdəki təlim-məşq toplanışını yekunlaşdırıb
- Millimiz Belarus klubuna məğlub olub
0
0