“Rabitə” klubu baş məşqçini qovdu
26.02.2010 - 11:21
Türkiyənin voleybolçu qadınlardan ibarət “Əczaçıbaşı” klubunun baş məşqçisi Cüzeppe Kuççarini istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, buna İstanbul komandasının CEV kuboku uğrunda yarışda “Dördlər finalı”na çıxa bilməməsi səbəb olub.
Kuççarinini dolayısı ilə Bakının “Rabitə” klubu qovub. Çünki “Əczaçıbaşı” 1/4 finalda məhz bizim voleybolçulara uduzaraq, mübarizəni dayandırıb. İlk oyunda 0:3 hesabı ilə məğlub olan türklər fevralın 24-də qələbə qazansalar da (3:1), bu, mərhələ adlamaq üçün yetərli olmayıb.
Beləliklə, “Rabitə” “Dördlər finalı”na yüksəlməklə, rəqibin italiyalı çalışdırıcısını işsiz qoyub. Artıq Kuççarinin xələfi də məlumdur. Baş məşqçi vəzifəsinə aşağı yaşlılardan ibarət qruplarda işləyən Gökhan Sezal təyin olunub.
Qeyd edək ki, Kuççarinin rəhbərlik etdiyi kollektiv daha öncə Bakının digər təmsilçisi “Azərreyl”i yarışdan kənarlaşdırmışdı. “Əczaçıbaşı” ölkəmizin ən titullu klubunu bu ilin yanvarında CEV kubokunun 1/8 finalında üstələmişdi - 3:2; 3:0. “Rabitə” “Azerreyl”in heyfini istanbullulardan bir ay sonra çıxa bildi.

0
0