CEV-in vitse-prezidenti Bakıya gəlir
10.03.2010 - 12:03
CEV-in vitse-prezidenti Bakıya gəlir
Avropa Voleybol Konfederasiyasının (CEV) vitse-prezidenti Yan Hronek Bakıya gələcək. Bu haqda apasport.az saytına Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyli məlumat verib. Onun sözlərinə görə, çexiyalı Hronekin paytaxtımıza səfərində əsas məqsəd CEV kuboku uğrunda yarışın “Dördlər finalı”nı izləməkdir. Yeri gəlmişkən, Hronek “Dördlər finalı”nın Təşkilat Komitəsinin üzvüdür. Bundan başqa, CEV prezidenti Andre Meyerin də Bakıya təşrif buyuracağı gözlənilir.

Qeyd edək ki, martın 20-21-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək “Dördlər finalı”nda “Rabitə”, İtaliyanın “Yamamay”, Rusiyanın “Uraloçka” və Serbiyanın “Srvena Zvezda” klubları mübarizə aparacaqlar. Martın 20-də yarımfinal görüşləri çərçivəsində “Rabitə” - “Yamamay” və “Uraloçka” - “Srvena Zvezda” oyunları olacaq. Qaliblər ertəsi günü finalda, məğlublar isə 3-cü yer uğrunda matçda qüvvələrini sınayacaqlar.
0