Əvvəl “Rabitə”, sonra “Uraloçka”
16.03.2010 - 11:29
Əvvəl “Rabitə”, sonra “Uraloçka”
Bakıda qadınlar arasında keçiriləcək Avropa Voleybol Konfederasiyanın (CEV) kuboku uğrunda yarışın “Dördlər finalı”nın oyunlarının başlanma saatları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həlledici mərhələdə “Sərhədçi” Olimpiya İdman Mərkəzi öncə “Rabitə” və İtaliyanın “Yamamay” klublarının ixtiyarına veriləcək. Görüş martın 20-də saat 17:00-da başlanacaq. Həmin gün saat 19:30-da “Uraloçka” (Rusiya) - “Srvena Zvezda” (Serbiya) oyununun start fiti çalınacaq.

Yarımfinalda məğlub olanlar martın 21-də saat 17:00-da 3-cü yer uğrunda matçda üz-üzə gələcəklər. “Dördlər finalı”nın qalibi isə martın 21-də saat 19:30-da başlanacaq son görüşdə müəyyənləşəcək. Qarşılaşmaları idarə edəcək hakimlərin adları hələlik açıqlanmır.
0