Milli komandamızın ilk rəqibi Özbəkistan oldu
16.03.2010 - 22:55
Milli komandamızın ilk rəqibi Özbəkistan oldu
Martın 18-dən 23-dək Bişkek İdman Sarayında basketbol üzrə “Novruz-2010” ənənəvi beynəlxalq turniri keçiriləcək. Apasport.az saytının xəbərinə görə, Qırğızıstanın paytaxtında 17 il dalbadal keçirilən turnirdə 7 komanda - Azərbaycan yığması (“C” divizionunun Avropa çempionu), Qazaxıstan Milli Liqasının iştirakçısı - “Kaspi” basketbol klubu (Aktau), “Atletlər fəaliyyətdə” klubu (ABŞ), ABŞ Tranzit Daşımalar Mərkəzinin “Manas” komandası (Qırğızıstan), Türkmənistan yığması, “Soqdiana” idman klubu (Nəvai, Özbəkistan) və Qazaxıstan yığması iştirak edəcək.

Turnir martın 18-də Azərbaycan və Özbəkistan komandalarının görüşü ilə start götürəcək.
AzərTac
0