Əfsanəvi məşqçi: Şəxsən mən Azərbaycana səfər etməyi xoşlayıram
17.03.2010 - 12:09
Rusiyanın “Uraloçka-NTMK” klubu Bakıda keçiriləcək qadınlar arasında Avropa Voleybol Konfederasiyası (CEV) Kubokunun “dördlər finalı”na qələbə üçün gələcək. Lent.az-ın məlumatına görə, bu haqda “Sport-Ekspress”ə müsahibəsində “Uraloçka-NTMK”nın baş məşqçisi Nikolay Karpol açıqlama verib.
Əfsanəvi mütəxəssisin fikrincə, CEV Kuboku Çempionlar Liqası qədər nüfuzlu olmasa da, ciddi turnirlərdəndir: “Ən yaxşı dörd klub arasında İtaliya təmsilçisinin də olması çox şeydən xəbər verir. Amma mən belə qəti qiymət verməzdim. “Yamamay” sanballı komanda olsa da, “ulduz”suzdur. Azərbaycan klubu “Rabitə”nin bu klubla bacarmağa tam gücü çatar. Bizim Serbiya “Srvena Zvezda”sı ilə yarımfinal görüşümüz də çətin sınaq vəd edir. Vəziyyəti heyətlə bağlı problemlər çətinləşdirir. Təəssüf ki, xəstəliyi üzündən Vika Rusakova bir çox oyunu buraxmalı olub. “Avtodor”la son görüşümüzdə isə əsas “blokçu”muz Mariya Beloborodova zədələnib. Onun yerinə 18 yaşlı Vika Çernovanı buraxmalı oldum”.
Karpol CEV-in “dördlər finalı”nın Azərbaycan paytaxtında təşkili haqda qərara da münasibət bildirib. Onun sözlərinə görə, bu qərar “Rabitə”nin göstərdiyi təşəbbüs əsasında reallaşıb: “Burada pis bir şey görmürəm. Bakı daim voleybol şəhəri olub. Hazırda orada əvvəlki kimi təkcə “Azərreyl” deyil, bir neçə sanballı klub formalaşdırılıb. Şəxsən mən Azərbaycana səfər etməyi xoşlayıram. Orada çoxlu dostlarım var. Ötən il “Uraloçka-NTMK”nın ikinci komandası təlim-məşq toplantısına yollanmışdı. Bu, bizim gənclərimiz üçün faydalı ezamiyyət idi”.
Qeyd edək ki, “Sərhədçi” Olimpiya Mərkəzində təşkil ediləcək “dördlər finalı” çərçivəsində yarımfinal görüşləri martın 20-də olacaq. Həmin gün “Rabitə” “Yamamay”la, “Uraloçka-NTMK” isə “Srvena Zvezda” ilə üz-üzə gələcək. Qaliblər ertəsi gün finala, məğlublar isə 3-cü yer uğrunda görüşə çıxacaqlar.

0
0