Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşdi
25.03.2010 - 12:26
Həndbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Çexiyaya qarşı keçirəcəyi matçı idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, oyun yunanıstanlı hakimlərə tapşırılıb.
Görüşdə ədalət prinsiplərini Konstantinos Katsikis və Mixalis Mixailidis qorumağa çalışacaqlar. Avropa Həndbol Federasiyasının nümayəndəsi funksiyasını isə Tamaz Tevzadze yerinə yetirəcək. Martın 31-də “ABU-Arena”da keçiriləcək Azərbaycan - Çexiya qarşılaşmasının start fiti saat 17:00-da çalınacaq.
Qeyd edək ki, yığmamızla eyni qrupda Çexiyadan başqa İsveç və Macarıstan komandaları da yer alır. Xanım həndbolçularımız bundan öncə səfərdə İsveçə 11:31, evdə isə Macarıstana 15:31 hesabı ilə uduzublar. Buna görə də iki turdan sonra hesabında xal olmayan milli komandamız qrup sonuncusudur.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0