Əgər çexləri Bakıda udmasaq...
30.03.2010 - 16:00
Əgər çexləri Bakıda udmasaq...
Azərbaycanın həndbolçu qadınlardan ibarət milli komandası sabah növbəti sınağını verəcək. Apasport.az saytının məlumatına görə, Rəfiqə Şabanovanın rəhbərlik etdiyi kollektiv Avropa çempionatının seçmə mərhələsində Çexiya ilə qarşılaşacaq. “ABU-Arena”da təşkil olunan oyun saat 17:00-da başlanacaq. Görüşü yunanıstanlı hakimlər - Konstantinos Katsikis və Mixalis Mixailidis idarə edəcəklər.

Yığmamız qrupda sonuncu pillədən qurtulmaq üçün çexlərə mütləq qalib gəlməlidir. Hazırda hesabında xal olmayan komandamız 4-cü yerdədir. Bizim kimi, hər iki oyunda məğlubiyyət acısı dadmış Çexiya yalnız top fərqinin yaxşı nisbətinə görə, 3-cü sıradadır. Hesabında 4 xal olan İsveç və Macarıstan müvafiq olaraq, 1-ci və 2-ci pillədə qərarlaşıblar.

Xatırladaq ki, milli komandamız səfərdə İsveçə 11:31, evdə isə Macarıstana 15:31 hesabı ilə uduzub.
0