Bolqarıstan yığması Azərbaycana gələcək
31.03.2010 - 23:40
Aprelin 9-da Bakıda SSRİ və Azərbaycanın əməkdar məşqçisi Şamil Şamxalovun xatirəsinə həsr olunmuş voleybol üzrə qadınlararası beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının xəbərinə görə, yarışda “Azərreyl”, “Rabitə”, “İqtisadçı”, “Lokomotiv” klubları ilə yanaşı, Bolqarıstan və İsrail yığmaları da iştirak edəcək.
Qeyd edək ki, 60-cı illərdə Şamil Şamxalov Azərbaycanda voleybolun inkişafına böyük töhfələr verib. Onun 6 yetirməsi 1956-cı ildə gənclər arasında SSRİ çempionu adına layiq görülüb. Üç il sonra isə Şamxalovun yeniyetmə qadın və kişilərdən ibarət komandaları Moskvada keçirilən Ümumittifaq Spartakiadasının qalibi olub.
AzərTac

0
0