Sabah Azərbaycan çempionatında vahid lider müəyyənləşə bilər
01.04.2010 - 11:59
Sabah voleybol üzrə qadınlar arasında Superliqa oyunlarının pley-off mərhələsinin II turu start götürəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək yarışların ilk günü “İqtisadçı” “Azərreyl”i sınağa çəkəcək.
Digər oyunda “Lokomotiv” və “Rabitə” komandaları üz-üzə gələcəklər. Aprelin 3-də təşkil ediləcək görüşlərdə turnir cədvəlində dəyişikliklər ola bilər. “Lokomotiv” və “İqtisadçı” komandalarının oyununda qələbə qazanan kollektiv üçüncü pillədə yerini möhkəmləndirəcək. Növbəti matçda isə vahid lider müəyyənləşə bilər. “Azərreyl” və “Rabitə”ı arasında keçiriləcək oyunda məğlub olan komanda çempionluq yolunda ciddi zərbə alacaq.
II turun son oyun günündə “Rabitə” – “İqtisadçı” və “Lokomotiv” – “Azərreyl” görüşləri baş tutacaq.
Xatırladaq ki, pley-off mərhələsinin I turundan sonra “Rabitə” və “Azərreyl”in 5, “İqtisadçı” və “Lokomotiv”in 4 xalı var.

0
0