Yığmamızdan alman klubuna 6 cavabsız qol
01.04.2010 - 14:13
Otüstü hokkey üzrə qadınlardan ibarət yığma komandamız Almaniyanın Berlin şəhərində təlim-məşq toplanışını davam etdirir. Azərbaycan Otüstü Hokkey Federasiyasından apasport.az saytına verilən məlumata görə, martın 27-dən səfərdə hazırlıqlara başlayan hokkeyçilərimiz burada 2 yoldaşlıq oyununda da güclərini sınayıblar.
İlk görüşdə Almaniyanın I liqasında mübarizə aparan “TUSİ Klub”a 6:0 hesabı ilə qalib gələn millimiz növbəti matçda bu ölkənin “Berliner” komandası ilə sülh bağlayıb – 2:2.
Qeyd edək ki, təlim-məşq toplanışında əsas məqsəd Rusiyanın Kazan şəhərində keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinə yüksək səviyyədə hazırlaşmaqdır. Aprelin 17-25-də Rusiyanın Kazan şəhərində təşkil ediləcək bu mötəbər yarışda rəqiblərimiz Yaponiya, İtaliya, Rusiya, Belarus və Uels hokkeyçiləri olacaqlar. Final mərhələsinə yalnız birinci yerin sahibi vəsiqə qazanacaq.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0