Ölkə çempionatında vahid lider müəyyənləşmədi
05.04.2010 - 11:09
Voleybol üzrə qadınlar arasında Super Liqa pley-off mərhələsinin II turunun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, turun 2-ci oyun günündə autsayder və lider müəyyənləşib.
Belə ki, “İqtisadçı” və “Lokomotiv”in oyununda “dəmiryolçular” 3:0 hesabı ilə qələbə qazanaraq, 3-cü pillədə yerlərini möhkəmləndiriblər. Bu oyundan sonra “Azərreyl” və “Rabitə” komandaları üz-üzə gəliblər. Maraqlı və gərgin keçən görüşdə “Rabitə”nin bu matçda qələbə qazanacağı və vahid liderə çevriləcəyi gözlənilsə də, hər şey əksinə olub.
Həlledici setdə 3:2 hesabı ilə rəqibinə qalib gələn “Azərreyl” birinci pilləyə yüksəlib. Lakin “Azərreyl” bu liderliyi cəmi 1 gün əlində saxlaya bilib. Son oyun günündə “Rabitə”nin “İqtisadçı”ya qalib gəlməsi (3:0) və Adnan Kistakın komandasının gözlənilmədən “Lokomotiv”ə uduzması (1:3) onların yenidən set fərqinə görə ikinci pilləyə enməsi ilə nəticələnib.
Beləliklə, pley-off mərhələsinin II turundan sonra “Rabitə” 10 xalla (16:7) birincidir. İkinci pillədə eyni xal (14:11) toplayan “Azərreyl” qərarlaşıb. Üçüncü yeri “Lokomotiv” (9 xal), dördüncü yeri isə “İqtisadçı” (7 xal) tutur.

0
0