Türknas: Azərbaycandan təklif aldığıma görə qürur duyuram
07.04.2010 - 13:22
Türknas: Azərbaycandan təklif aldığıma görə qürur duyuram
“Azərbaycan yığmasından təklif aldığıma görə qürur duyuram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın basketbol yığmasına gətirilən türkiyəli Levent Türknas deyib.

“Qərb Universiteti” klubunda çıxış edən Türknas ölkəmizdə 3 il oynadıqdan sonra Bakıda basketbol məktəbi açması ilə diqqət mərkəzinə düşüb. Milli komandamızdan dəvəti qəbul edən 36 yaşlı türkiyəli menecer vəzifəsinə təyin olunub. Türknas yığmaya yeni namizədləri tapmaqla yanaşı, bütün təşkilati məsələləri – ölkədən kənarda təlim-məşq toplanışları, yoldaşlıq görüşlərini və s. həyata keçirəcək: “Azərbaycan basketbolunun inkişafında yeni inkişaf mərhələsinə qədəm qoymuşuq. Çalışdığım yığmanın ilk öncə hədəfi 2011-ci il Avropa çempionatına qatılmaqdır”.

Milli komandamızın bu ayın 18-də İstanbula təlim-məşq toplanışına yollanaraq, orada yoldaşlıq görüşü keçirilməsində Türknas vasitəçilik edir.

Qeyd edək ki, Elxan Əliyevin baş məşqçisi olduğu basketbol yığmamız Avropa çempionatının seçmə mərhələsində B qrupunda İsveç, Albaniya, Rumıniya və Belarusla bir qrupda yer alıb.
0