“O, əynimdəki bütün paltarları çıxarmışdı”
08.04.2010 - 10:12
“O, əynimdəki bütün paltarları çıxarmışdı”
“Noyştadt” voleybol klubunun məşqçisinin öz yetirməsi ilə cinsi əlaqəyə girməsi Avstriyada böyük qalmaqala səbəb olub. Apasport.az saytının məlumatına görə, 40 yaşında 2 uşaq anası olan məşqçi qadın özündən 27 yaş kiçik şagirdlə eşq yaşayıb.

Maraqlıdır ki, bu sirri məhz yeniyetmə idmançı açıqlayıb. O, Renate adlı çalışdırıcının növbətçi olduğu gündə cinsi əlaqəyə girdiklərini söyləyib: “Boş sinif tapdıqdan sonra yalnız bir dəfə birlikdə olduq. O, əynimdəki bütün paltarlarımı çıxarmışdı. Həmin an isə məşqçimi tanımaq olmurdu”.

“Heute” qəzetinin yazdığına görə, “Noyştadt” voleybol klubunun məşqçisi barədə heç bir tədbir görülməyəcək. Bu barədə komandanın rəhbəri Stefan Gibson açıqlama verib: “Məsələdən xəbər tutan kimi məşqçini nəzarətə götürdük. Amma əlimizdə heç bir dəlil olmadığı üçün başqa bir tədbir görə bilmirik”.
0