Beynəlxalq turnir Azərbaycan çempionatına çevrildi
08.04.2010 - 14:49
Aprelin 10-da Bakıda start götürəcək voleybol üzrə qadınlar arasında Şamil Şamxalovun xatirə turnirinin təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bolqarıstan yığması, Azərreyl”, “Rabitə”, “İqtisadçı” və “Lokomotiv” klublarının iştirakı ilə keçirilən yarışın ilk günü 2 oyun təşkil ediləcək.
Həmin gün “Lokomotiv” - Azərreyl” və “İqtisadçı” - “Lokomotiv” oyunları baş tutacaq. Ertəsi gün bu duellərin qalibləri və məğlubları üzə-üzə gələcəklər. Aprelin 12-də isə final və üçüncü yer uğrunda oyunlar keçiriləcək.
Qeyd edək ki, yarışa İsrail və Bolqarıstan yığmalarının gəlməsi nəzərdə tutulsa da, birincilər yarışa gəlməkdən imtina etdilər. Ardınca bolqarlar da turnirdə müsabiqədənkənar iştirak üçün razılaşdılar. Nəticədə yarış beynəlxalq əhəmiyyətini itirdi və başlama tarixi aprelin 9-dan 10-na keçirildi.

0
0