Rabitə” “Azərreyl”ə qarşı
12.04.2010 - 09:40
Rabitə” “Azərreyl”ə qarşı
Şamil Şamxalovun xatirəsinə həsr olunmuş voleybol üzrə qadınlar arasında turnirin finalçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həlledici matçda gözlənildiyi kimi “Rabitə” və “Azərreyl” üz-üzə gələcəklər.

Yarışın ilk matçında qarşılaşan bu komandaların duelindən “rabitəçilər” üzüağ çıxıblar. Onlar rəqiblərinə 3:1 hesabı ilə qalib gəliblər. Birinci günün digər matçında isə “İqtisadçı” “Lokomotiv”dən güclü olub – 3:0.

Yarışın ikinci günündə “Rabitə” “Lokomotiv”i sınağa çəkib. CEV kubokunun üçüncüsü “dəmiryolçulara” da yerini göstərib – 3:0.

“Rabitə”dən fərqli, “Azərreyl” finala çətinliklə vəsiqə qazanıb. Son qarşılaşmada “İqtisadçı” ilə üz-üzə gələn “Azərreyl” həlledici setdə qələbəsini bayram edib – 3:2.

Bu gün Şamil Şamxalovun xatirəsinə həsr olunmuş I turnirdə öncə üçüncü yerin sahibi dəqiqləşəcək. Bu oyunda “Lokomotiv” və “İqtisadçı” görüşəcək.

Oyundan sonra “Lokomotiv” VK-nın yeni İdman Kompleksinin açılış mərasimi olacaq. Açılış mərasimi yekunlaşdıqdan sonra yarışın qalibi müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycana təşrif buyuran Bolqarıstan millisi əsas deyil, gənclərdən ibarət komanda ilə gəlib. Azərbaycan çempionatında oynayan klubların yığması ilə qüvvəsini sınayan qonaqlara təmsilçilərimiz 1 setdə də olsun güzəştə getməyiblər – 3:0.
0