Natalya Məmmədova: 34 xalla yarımfinala
13.04.2010 - 16:46
Qadın voleybolçular arasında Rusiya çempionatının yarımfinalçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının lideri Natalya Məmmədovanın formasını geyindiyi “Dinamo” (Krasnodar) da 1/2 final mərhələsinə vəsiqə qazanıb.
Onlar ¼ finalda “Omiçka”ya (Omsk) 3:2 hesabı ilə qalib gəliblər. Reqlamentə görə, bu komandalar 3 dəfə qarşılaşıblar və sonuncu qələbə “Dinamo”nun medallar uğrunda mübarizəni davam etdirməsində “yaşıl işıq” yandırıb.
Qeyd edək ki, “Dinamo” və “Omiçka” görüşündə Natalya Məmmədova 34 xal toplayıb.
Yarımfinal oyunları 3 qələbəyə kimi davam edəcək və qarşılaşmalar 17, 18, 22, 23 və 26 aprel tarixlərində keçiriləcək. Voleybolçumuzun komandası finala vəsiqə qazanmaq üçün “Zariçye-Odinçovo” ilə qarşılaşacaq.

0
0