Levent Türknas Yunanıstandan Azərbaycana basketbolçu gətirir
16.04.2010 - 16:14
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin meneceri Levent Türknasın apasport.az saytına müsahibəsi
- Bülənt bəy, Azərbaycan yığmasına dəvət ediləcək legionerlərlə danışıqlar nə yerdədir?
- Hazırda danışıqları dayandırmışıq. Türkiyədən qayıtdıqdan sonra yenidən başlaya bilər. Aprelin 18-də Türkiyə Basketbol Federasiyasının dəvəti ilə oraya yollanacağıq. 1 həftə təlim-məşq toplanışında olacağıq. Burada I liqa komandaları və II liqada “Dördlər finalı”na yüksələn klublarla yoldaşlıq görüşləri keçirəcəyik. Bu oyunlardan sonra rəhbərliklə danışıqlar olacaq. Əgər komandada hansısa mövqedə boşluqlar nəzərə çarparsa və rəhbərlik legioner dəvət etməyimizi məsləhət bilərsə, yenidən danışıqlara başlayacağıq.
- Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Rüstəm Rüstəmov saytımıza açıqlamasında “Reno” klubunda forma geyinən Coşva Xeyltveltlə danışıqlar getdiyini bildirib...
- Onunla maraqlansaq da, danışıqları saxlamışıq. Yəqin ki, Xeyltveltlə müqavilə bağlamayacağıq.
- Heyətdə görmək istədiyiniz başqa legioner varmı?
- Artıq bir neçə basketbolçu diqqətimizi cəlb edib. Onları menecerlər təklif ediblər və məlumat toplamağa başlamışıq. 4-5 oyunçu var ki, onlar öz mövqelərində inamla çıxış edirlər.
- Həmin basketbolçular Türkiyə çempionatında oynayırlar?
- Türkiyə ilə bərabər, Yunanıstan, Polşa və İsrail çempionatlarında iştirak edənlər də var.
- Belə çıxır ki, komandamızdan Avropa çempionatında inamlı çıxış gözləmək olar...
- Biz də bunun üçün çalışırıq. Komandanın güclü olması üçün bütün gücümüzü səfərbər edəcəyik. İnanıram ki, məsul yarışa kimi milli tam komplektləşəcək.
- Azərbaycan çempionatının səviyyəsi hazırda çox zəifdir. Bəs yığmada oynayacaq basketbolçular oyun təcrübəsindən əziyyət çəkməyəcəklər?
- Bu yöndə də işlər aparılır. Gələcəkdə ölkə yarışlarında ciddi mübarizənin getməsinin şahidi olacaqsız. Yarışda əcnəbi basketbolçulara və məşqçilərə də rast gəlmək olacaq.

0
0