Məşhur türkiyəli məşqçi yenə Azərbaycanda çalışmaq istəyir
17.04.2010 - 09:47
“Çətin oyun oldu. “Lokomotiv” yeni transferlərdən sonra çox güclənib. Bunu hesabı 2:0-dan 2:2-yə çatdırmaları da göstərdi. Komandada ruh düşkünlüyü yaransa da, sonradan özümüzə gəlməyi bacardıq. Nəticədə isə qələbə qazandıq. Buna baxmayaraq, çempionatda mübarizə aparan 4 komandanın hər birinin çempionluq şansı qalıb”. Bunu apasport.az saytına açıqlamasında “Azərreyl” voleybol klubunun baş məşqçisi Adnan Kstak deyib.
Azərbaycan Super Liqasında “Lokomotiv”lə (3:2) oyundan sonra məşhur türkiyəli mütəxəssis bildirib ki, növbəti mövsümdə də ölkəmizdə işləmək istəyir: “Mənim müqaviləm mövsümün sonunda başa çatacaq. Lakin Azərbaycanda işləyəcəyimlə bağlı qərarı rəhbərlik verəcək. Onlardan və Azərbaycan xalqından çox razıyam. Əgər müqavilə bağlasaq, yenidən sevə-sevə komandada çalışaram”.

0
0